AZ

PUTİN ÖLÜMSÜZLÜK AXTARIŞINDA – Alimlərə “əbədi həyat”la bağlı...

Rusiya Prezidenti Vladimir Putin rus alimlərinə ölkədə azalan ömür uzunluğu ilə mübarizə aparmağa kömək edə biləcək, yaşlanma əleyhinə və “əbədi həyat” bəxş edəcək dərman preparatının hazırlanması ilə bağlı tapşırıq verib.

“AzPolitika” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşri özəl mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Putin əbədi həyat ideyasına aludə olub və öz alimlərinə qocalmanın qarşısının alınması sahəsində axtarışları sürətləndirməyi tapşırıb.

Qeyd olunub ki, bunun əsas təşəbbüskarı Putinin yaxın dostu, Rusiyanın əsas nüvə tədqiqat obyekti olan nüfuzlu Kurçatov İnstitutunun direktoru Mixail Kovalçukdur. Kremldəki mənbə bildirib ki, o, “əbədi həyat və “rus genomu” haqqında daim ilahmverici sözlər deyir və bu, Putinin diqqətini çəkir.

Qeyd edək ki, Rusiya mətbuatı da tez-tez yazır ki, Putin belə fikirlərə inanır.

O, 2017-ci ildə bu barədə bunları demişdi: “Siz artıq nəzəri cəhətdən deyil, insanın müəyyən xüsusiyyətlərə malik insanları yarada biləcəyini təsəvvür edə bilərsiniz. Bu, riyaziyyat dahisi və ya parlaq musiqiçi ola bilər. Ya da əsgər, insan ola bilər ki, qorxu və ya şəfqət, təəssüf və ya ağrı kimi hissəri olsun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
azpolitika.info

1Mənbələr