AZ

Metal tullantılarının ixrac rüsumları artırılıb

Metal

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, metal tullantılarının mövcud ixrac rüsumları artırılıb, həmçinin, ixrac rüsumu tətbiq olunmayan bəzi metal qırıntılarına ixrac rüsumları təyin edilib.

Belə ki, tökmə çuqunun tullantıları və qırıntıları, tərkibində 8 kütlə % və ya daha çox nikel olan metal tullantıları, qalay layı ilə örtülmüş qara metalların tullantıları və qırıntılarının hər 1 000 kq-nın ixracı üçün rüsum 7 ABŞ dollarından 500 ABŞ dollarına, torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalatı tullantıları, mişaragzı, paketlənmiş və xırdalanmış (doğranmış) metal tullantıları, təkrar əritmə üçün külçələr (şixta külçələri) üçün ixrac rüsumu 5 ABŞ dollarından 500 ABŞ dollarına çatdırılıb.

Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
12
reyting.az

10Mənbələr