AZ

“Norm” ASC enerji idarəolunması üzrə ISO50001 sertifikatını alıb

Bakı. Trend:

“Norm” ASC enerjinin idarəolunması sistemi üzrə ISO 50001standartını əldə etmək üçün sertifikasiyadan uğurla keçib.Enerjinin səmərəliliyinə və dayanıqlı inkişaf təcrübələrinəsadiqlik nümayiş etdirən şirkət üçün bu sertifikatın əldə edilməsiböyük əhəmiyyət kəsb edib.

Qeyd edək ki, ISO 50001 enerji idarəetmə sistemləri ilə bağlıqlobal səviyyədə tanınmış standartdır. Bu sertifikatlaşdırmatəşkilatlara enerji səmərəliliyinin artırılmasına dair siyasəthazırlamaq və həyata keçirmək üçün strukturlaşdırılmış çərçivətəmin edir.

Enerjinin idarə olunması çərçivəsində Norm Sement zavodundaenerji resurslarından istifadənin optimallaşdırılması,əməliyyatların səmərəliliyinin təmin olunması və ekologiya üzrəgöstəricilərin yaxşılaşdırılması həyata keçirilir. Zavoddahəmçinin, enerji istehlakının minimuma endirilməsi, karbonemissiyalarının azaldılması ilə bağlı hədəfləri dəstəkləyənstrategiya və təcrübələr sınaqdan keçirilir. Belə ki, burada enerjiperformansına dair mütəmadi təhlillər aparılır, yenitexnologiyalardan istifadə olunur və proseslər boyunca enerjiresurslarından səmərəli istifadə ilə bağlı məlumatlılıq mədəniyyətitəşviq olunur.

ISO 50001 standartına dair əldə edilmiş sertifikat şirkətinətraf mühitin qorunması və dayanıqlı inkişafla bağlı uzunmüddətlihədəflərinə nail olmasında rol oynayacaq.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
az.trend.az

5Mənbələr