AZ

Kim Çen İn 30 məmuru GÜLLƏLƏTDİRDİ

Şimali Koreyanın lideri Kim Çen İn 30-a yaxın məmuru edam etdirib. 

Bizim.MediaNew York Post”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb. 

Bildirilib ki, buna səbəb məmurların Şimali Koreyada 4000-nə yaxın insanın ölümü ilə nəticələnən kütləvi daşqınların və torpaq sürüşmələrinin qarşısını ala bilməməkləri olub. 

Kimin rejimi altında çalışan vəzifəli şəxslərdən biri açıqlayıb ki, Şimali Koreyada 30-a yaxın vəzifəli şəxs korrupsiya və vəzifə borcunu yerinə yetirməməkdə ittiham olunub.  

“Məlum olub ki, daşqın bölgəsində keçən ayın sonunda eyni vaxtda 20-30 kadr edam edilib”, - deyə məmur bildirib. 

Edam xəbərləri müstəqil nəşrlər tərəfindən təsdiqlənməyib. 

Qeyd edək ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi daha əvvəl Kimin iyul ayında Çaqanq əyalətində 4000-ə yaxın insanın ölümünə və 15000-dən çox insanın didərgin düşməsinə səbəb olan fəlakətli daşqından sonra səlahiyyətlilərə rəsmiləri "ciddi cəzalandırmaq" əmrini verdiyini bildirmişdi.  

Edam edilən məmurların kimliyi hələ açıqlanmayıb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
bizim.media

1Mənbələr