AZ

“Almaniya Hitlerdən qurtulduğu kimi, Gürcüstan da Saakaşvilidən xilas olmalıdır” - Kobaxidze

“Almaniya Adolf Hitlerin partiyasının tərəfdarlarından azad edildiyi kimi, Gürcüstan da ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin yaratdığı Milli Hərəkat partiyası ilə əlaqəli müxalifətdən qurtulmalıdır”. 

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəəsi zamanı deyib.

“Əgər Hitlerin partiyası 1945-ci ildən sonra Almaniyanın siyasi meydanında qalsaydı, nə az, nə çox, 15-20 faiz səs toplayardı. Bunun təhlükələrini və nəticələrini dərk edən almanlar bir vaxtlar onlardan çox asanlıqla və qəfil xilas oldular", - deyə siyasətçi vurğulayıb.

Kobaxidze qeyd edib ki, Saakaşvilinin partiyası hakimiyyətə qayıdarsa, Gürcüstanın Avropa perspektivi sona çatacaq.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
missiya.az

1Mənbələr