AZ

Kim Çen In güclü daşqın və selə görə 30 məmuru güllələtdirdi

Şimali Koreya hakimiyyəti iyulun sonunda ölkənin şimalında minlərlə insanın həyatına son qoyan güclü daşqından sonra onlarla yüksək vəzifəli məmuru edam edib.

Demokrat.az  bu barədə Cənubi Koreyanın “TV Chosun” telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, zərər çəkmiş bölgənin 20-dən 30-a qədər lideri güllələnib.

KXDR rəhbəri Kim Çen In iyulun sonunda fövqəladə iclasda “vəzifələrinə etinasız yanaşanları” sərt şəkildə cəzalandıracağını bildirib. Şimali Koreyanın dövlət mediası fəlakətdən sonra xilasetmə işlərinə nəzarət edən dövlət başçısının fotoşəkillərini yayıb, lakin heç bir ölüm faktı barədə məlumat verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
demokrat.az

9Mənbələr