AZ

Qazaxıstanda rüşvət qalmaqalı: yüksəkrütbəli şəxs saxlanıldı

Qazaxıstanda Milli Qvardiyanın baş komandanının texnika və silahlanma üzrə müavini general-mayor Konstantin Voronkin saxlanılıb.

OXU24.COM xəbər verir ki, onun 2023-cü ildə rüşvət aldığı müəyyən edilib.

Qazaxıstan Daxili İşlər Nazirliyi bu barədə yayılan xəbərləri təsdiqləyib. Nazirliyin məsələ ilə bağlı yaydığı məlumatda deyilir:

"DİN Milli Qvardiyanın baş komandanının müavininin qanunsuz əməl törətməkdə şübhəli bilinərək saxlanılmasını təsdiqləyir. Nazirlik öz sıralarında korrupsiyanın hər hansı təzahürlərinə dözümsüzlüklə bağlı prinsipial mövqeyini ifadə edir, bununla bağlı mövcud qanunvericilik çərçivəsində obyektiv və hərtərəfli araşdırma aparılır".

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
6
oxu24.com

8Mənbələr