AZ

"Rusiyada yeni səfərbərlik müzakirə olunmur" - Peskov

Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı müzakirələr aparılmır.

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Belə müzakirələr yoxdur", - Kreml sözçüsü Rusiya Federasiyasında yeni səfərbərlik dalğasının müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab verib.

O qeyd edib ki,  “xüsusi əməliyyatda iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq istəyənlərin sayı getdikcə artır”. Peskov həmçinin qeyd edib ki, ölkədə bu prosesi aktivləşdirmək üçün iqtisadi tədbirlər görülür.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
unikal.az

10Mənbələr