AZ

“Nikosayağı” qəzaya düşdüyü avtomobilinin nömrəsini satır

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsini satışa çıxarıb. Pravda.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır.

 

Nömrə 16 min manata təklif olunur.

 

Bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

 

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Tarix: 5 Sentyabr 2024, 05:05   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
49
pravda.az

10Mənbələr