AZ

Zaxarova hesab edir ki, NATO xarici işlər nazirləri istefa verməlidir

NATO-ya üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri Ukrayna naziri Dmitri Kulebadan nümunə götürməli və istefa verməlidir. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

İsveçin xarici işlər naziri Tobias Billström-ün vəzifəsini tərk etmək qərarını şərh edən Zaxarova ümid etdiyini bildirib ki, o, bu addımı “ukraynalı həmkarı ilə həmrəylik əlaməti olaraq” atmağa qərar verib.

Diplomat şəxsi Telegram kanalında yazıb : “Bu fleşmob sadəcə olaraq NATO ölkələrində viral olacaq”.

Bundan əvvəl İsveçin xarici işlər naziri Billström gələn həftə istefa verəcəyini bildirmişdi. O, siyasətdən tamamilə getməyə hazırlaşdığını qeyd edib.

Mənbə RİA Novosti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
dogru.az

1Mənbələr