AZ

Corabın içinə duz tökməyin əsl səbəbi bu imiş...

Əgər duzun yalnız yeməkdə istifadə edildiyini düşünürsünüzsə, yanılırsınız. Bu günümüzə qədər gəlib çatmış adət olmasa da, keçmişdə böyüklərimiz corabının içinə duz töküblər. Çox mənasız və ya xurafat kimi görünsə də, əslində corabın içinə duz qoymağın çox məntiqli bir tərəfi var.

News24.az xəbər verir ki, yaşlı insanların corabın içinə qaya duzu qoymasının səbəbi və faydaları belədir:

Bu vəziyyətin birinci səbəbi corabın altına qoyulan duzun ayaqlarda qum hissi yaratması və bədənin rahatlamasına kömək etməsidir.

Daha çox adət-ənənələrə önəm verən ailələrin saxladığı bu vərdiş bədənin rahatlamasına kömək edir və stressdən uzaqlaşdırır. Ancaq ayaq altına duz qoymağın yeganə səbəbi bu deyil.

Ayağın altına qoyulan duz pis ayaq qoxusunu aradan qaldırmağa da kömək edir. Duz ayaq tərləməsini azaldır, pis qoxu, ayaqların tərləmə və şişməsinin qarşısını alır. Bunun üçün isə tətbiqi ən az 2 həftə müntəzəm olaraq təkrarlamaq lazımdır.

Bundan əlavə, ayaqlardakı qoxudan xilas olmaq üçün süfrə duzundan deyil, daş duzundan istifadə etmək daha sağlam olacaq.

Məryəm İlhamqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
news24.az

1Mənbələr