AZ

Seçki necə rəqabətsiz olub ki, müxalif partiyalar seçkidə iştirak edib? - MƏLAHƏT İBRAHİMQIZI ATƏT-in RƏYİNDƏN NARAZIDIR

1 Sentyabr- Parlament seçkilərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyası tənqidi yanaşıb.Qeyd edək ki, ilkin dəyərləndirmədə bildirilir ki, seçkilər əsl plüralizmə şərait yaratmayan məhdud siyasi və hüquqi mühitdə keçirilib və rəqabətsiz mübarizəyə səbəb olub.Seçkilərdə yenidən mandat qazanan Məlahət İbrahimqızı isə bu hesabatı qərəzli adlandırıb.Deputatlığa namizədlərin qeydiyyatı mərhələsinə diqqəti çəkən Məlahət İbrahimqızı Gununsesi.info-ya deyib ki, bu mərhələdə heç bir şikayətlə rastlaşmayıb:”Nə mediada, nə də sosial şəbəkələrdə seçkilərə qatılmaq istəyən şəxslərin hər hansı problemlə üzləşdiyinin şahidi olmadıq. Ona görə də hesab edirəm ki, bu yanaşma qəti doğru deyil. Azad seçki üçün qanunauyğun formada şərait olub. Görünür, seçkini tənqid etmək üçün bəhanə tapa bilməyən Müşahidə Missiyası buna köklənir. Seçki necə rəqabətsiz olub ki, Müsavat, REAL və əksər siyasi təşkilatlar prosesin iştirakçısı olub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
mediaxeberleri.az

1Mənbələr