AZ

Kim Çen daşqınlara görə 30-a yaxın məmuru edam etdirdi

Şimali Koreya lideri Kim Çen İn iyulun sonunda ölkədə baş vermiş daşqınlara görə, 30-yaxın məmuru edam etdirib.

Olaylar xəbər verir ki, məlumatı Cənubi Koreyanın "Çosun" telekanalı yayıb.

Telekanalın məlumatına görə, edama səbəb minlərlə insanın ölümü ilə nəticələnən təbii fəlakətin vurduğu ziyanın qarşısının alınmaması olub.

Belə ki, regional orqanlarda çalışan 20-30 arası məmur ötən ay güllələnib.

Bildirilir ki, Caqan əyalətində baş vermiş fəlakətli daşqınlarda bir neçə minə qədər insanın həlak olduğu ehtimal edilir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
11
olaylar.az

10Mənbələr