AZ

Avropa ölkələrində telefonla danışan sürücülərə nə qədər cərimə yazılır? - Siyahı

Sürücülərin ən çox pozduğu yol hərəkəti qaydalarından biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı telefondan istifadə edilməsi ilə bağlıdır.

Valyuta.az Yeniavaz-a istinadən xəbər verir ki, Azərbaycanda nəqliyyat vasitəsini idarə edən sürücülər telefondan istifadə edərlərsə, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinin tələblərinə əsasən 50 manat (27 avro) cərimələnirlər.

Müqayisə üçün qeyd edək ki, Avropa ölkələri arasında nəqliyyat vasitəsini idarə edən sürücülərə  telefondan istifadəyə görə ən aşağı cərimə Gürcüstanda (3 avro), ən yüksək cəza isə Andorrada nəzərdə tutulub (300 avro). Region ölkələri arasında isə ən yüksək cərimə Azərbaycandadır.

Avropa ölkələrində telefondan istifadə edən zaman nəqliyyat vasitəsini idarə edənlər üçün cərimələr:

Andorra – 300 avro
Böyük Britaniya – 238 avro
Niderland – 230 avro
Danimarka – 201 avro
İspaniya – 200 avro
Rumıniya – 175 avro
İtaliya – 160 avro
Fransa – 135 avro
İsveç – 132 avro
Xorvatiya – 130 avro
Portuqaliya – 120 avro
Sloveniya – 120 avro
Norveç – 110 avro
İsveçrə – 106 avro
Lixtenşteyn – 106 avro
Malta – 100 avro
Yunanıstan – 100 avro
Belçika – 100 avro
Çexiya – 100 avro
Kipr – 85 avro
Serbiya – 85 avro
Lüksemburq – 79 avro
Monteneqro – 60 avro
İrlandiya – 60 avro
Slovakiya – 60 avro
Bosniya və Herseqovina – 51 avro
Avstriya – 50 avro
Polşa – 47 avro
Şimali Makedoniya – 41 avro
Almaniya – 40 avro
İslandiya – 33 avro
Litva – 28 avro
Azərbaycan – 27 avro (50 manat)
Bolqarıstan – 26 avro
Macarıstan – 25 avro
Latviya – 25 avro
Ermənistan – 23 avro
Belarus – 23 avro
Moldova – 23 avro
Estoniya – 16 avro
Rusiya – 15 avro
Türkiyə – 11 avro
Albaniya – 10 avro
Ukrayna – 9 avro
Gürcüstan – 3 avro

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
valyuta.az

1Mənbələr