AZ

''Beşiktaş'' ''Benfika''nın daha bir ulduzunu transfer etdi

Bu yay transfer dönəmini çox fəal keçirən və heyəti əhəmiyyətli dərəcədə gücləndirən ''Beşiktaş'' daha bir keçidi tamamlamaq üzrədi.

İstanbul nəhəngi ''Benfika''nın təcrübəli vingeri Joao Mario ilə anlaşma əldə edib. 31 yaşlı futbolçu çərşənbə axşamı İstanbula gələrək tibbi müayinədən keçəcək və ''1+2'' illik müqaviləyə imza atacaq. Bu transfer ''Qartal''a 3 milyon avroya başa gələcək. Joao Marionun ''Beşiktaş''a gəlişində daha bir sabiq ''Benfika''lı Rafa Silvanın da böyük rolu oldu. Onlar son 3 mövsümdə Lissabon nəhəngində birlikdə top qovmuşdular. Fərqli mövqelərdə oynaya bilən, universallığı ilə seçilən Mario ''Sportinq''in yetirməsidi və karyerasına da bu klubda start verib.

O, AÇ-2016-nın qalibi olmuş Portuqaliya yığmasının heyətində yer almışdı. Həmin yay 45 milyon avroya ''Sportinq''dən ''İnter''ə keçməklə diqqət mərkəzinə düşmüşdü. Milan nəhəngindən sonra ''Vest Hem'', ''Lokomotiv'' və yenidən ''Sportinq''də oynayan futbolçu 2021-dən bu yana ''Benfika''nın uğurları üçün tər tökürdü. Bu klubda o 149 rəsmi oyuna çıxaraq 36 qol, 26 məhsuldar ötürməlik performans sərgilədi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
football-plus.az

1Mənbələr