AZ

Balotelli İtaliyaya qayıda bilər

İtaliyalı hücumçu Mario Balotelli karyerasını vətənində davam etdirə bilər. 

90deqiqe.Az-ın ““Football-italia.net”ə istinadən məlumatına görə, forvard yaxın günlərdə "Palermo" ilə müqavilə bağlaya bilər.

Balotellinin xidmətində "Korintians" və "San Dieqo" klubları da maraqlıdır.

Balotelli hazırda Türkiyənin "Adana Dəmirspor" klubu ilə müqaviləsinə xitam verildikdən sonra azad agent statusundadır. Ötən mövsüm Mario çempionatda və Türkiyə kubokunda 18 oyun keçirib, 8 qol vurub.

Qeyd edək ki, Balotelli Palermoludur. Hazırda Siciliya klubu B seriyasında çıxış edir. Hücumçunun İtaliyadakı son klubu 20/21 mövsümündə 14 oyun keçirib və 6 qol vuran "Monza" olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
90deqiqe.az

1Mənbələr