AZ

Buraxılış imtahanlarında iştirak edə bilməyənlərin NƏZƏRİNƏ!

  Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 8-də imtahan keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.

Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
37
referans.az

10Mənbələr