AZ

Çempionlar Liqası: "Neftçi" məğlub oldu

"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.

Sportnet.az-ın məlumatına görə, turnirin I mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 0:5 hesabı ilə uduzub.

Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.

Qeyd edək ki, II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
15
sportnet.az

10Mənbələr