AZ

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe vəAvarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasındakeçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür”Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda 100-dənartıq yeniyetmə və gənc idmançı çempionluq uğrunda mübarizəaparıb.

Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinciolmağa çalışıb. Çempionat maraqlı mübarizə şəraitində keçib.

Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqlayanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası”beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaq.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsasprioritetlərindən biri ölkəmizdə yeniyetmə və gənclər arasındaavarçəkmə idman növünü təbliğ etmək, kütləviliyi artırmaqdır. Buyöndə görülən işlər çərçivəsində il ərzində Bakıda və Mingəçevirdəmütəmadi olaraq ölkədaxili yarışlar keçirilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
22
az.trend.az

10Mənbələr