AZ

Elton Con yoluxucu xəstəlik səbəbindən görmə qabiliyyətini itidi

Məşhur britaniyalı müğənni, pianoçu və bəstəkar Elton Con ötən gün “İnstaqram”da pərəstişkarlarına göz infeksiyası səbəbindən görmə qabiliyyətini qismən itirdiyini bildirib. Qeyd edək ki, Elton Con kommersiya baxımından dünyanın ən varlı ifaçılarından biridir.
 

Sfera.az xəbər verir ki, 77 yaşlı müğənni verdiyi açıqlamada sağalmasının zaman alacağını bildirib.
 

"Yayda mən ciddi bir göz infeksiyası ilə mübarizə aparırdım və təəssüf ki, yalnız bir gözüm qismən görmə qabiliyyətinə malikdir. Mən sağalıram, lakin bu, çox yavaş bir prosesdir. İnfeksiyadan təsirlənmiş gözün görmə qabiliyyətinin bərpası bir qədər vaxt aparacaq"-deyə müğənni qeyd edib.


Onun sözlərinə görə, həkimlər, tibb bacıları və ailə üzvləri həftələrdir ki, evdə ona sağalmağa kömək edir və qulluğunda dayanırlar. O, müalicədə irəliləyiş və özünü yaxşı hiss etdiyini bildirib.


Müğənninin bəzi məşhur dostları, o cümlədən modelyer Donatella Versace, kantri ulduzu TJ Osbourne və Helena Christensen Eltonu dəstəklədiklərini bildiriblər.
 

Xatırladaq ki, müğənni Elton Con David Furnişlə evlidir. 2005-ci ilin dekabrında cütlük rəsmi olaraq vətəndaş nikahına daxil olaraq İngiltərədə bunu edən ilk cütlüklərdən biri olub. Onlar 2014-cü ildə, eynicinslilərin nikahı qanuniləşərkən evləniblər. Cütlüyün iki (25 dekabr 2010-cu il təvəllüdlü Zachary Jackson Lavon və 11 yanvar 2013-cü il təvəllüdlü İlyas Cozef Daniel) oğlu var.


Elton Con “Goodbye Yellow Brick Road” dünya turundan sonra 2023-cü ildə təqaüdə çıxıb. Müğənni Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb, 52 sinqlı Britaniyanın ən yaxşı 40-lığında yer alıb. Con dünyanın ən uğurlu kommersiya sənətçilərindən biridir. 23 singlı ABŞ-ın top 40-na, 16-sı ilk onluğuna və 6-sı birinci yerə yüksəlib. Onlardan biri, 1997-ci ildə “Küləkdəki Şam” 37 milyon nüsxə satılıb.


Aynil
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
sfera.az

2Mənbələr