AZ

Yan-Dal Tomasson: "Bizi ciddi oyun gözləyir"

“Milli ilə hazırlığa yeni başlamışıq”.

İdman.biz xəbər verir ki, bunu İsveç millisinin baş məşqisi Yan-Dal Tomasson Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaqları oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəsiss bildirib ki, komanda gündən-günə daha yaxşı oynayacaq: “Bizi komanda da fərqli oyunçuları sınaqdan keçiririk. Sabah mütləq qələbə qazanmalıyıq. Komandam çox istəklidir. Burada yaxşı çıxış edəcəyə çalışacağıq. Milli komandanı təmsil etdiyimiz üçün düzgün qərarlar verməliyik. Oyuna maksimum köklənməliyik”.

- ⁠Azərbaycan millisi barədə nə dərəcədə məlumata sahibsiniz?

- ⁠Rəqibimiz evdə çox yaxşı oynayır. İsveçlə əvvəlki oyunda 3:0 qələbə qazanmışdılar. Sabah bizi ciddi oyun gözləyir. Sabah səbirlə çıxış etməli, diqqətlə oynamalıyıq.

- ⁠Fernandu Santuşun komandası sabah hücum futbolu oynayacağı gözlənilir. Bəs siz iki hücumçu ilə oynamağı düşünürsüz?

- ⁠Əsas məqsədimiz hücumameyilli futbol oynamaqdır. Bu daha maraqlıdır. Lakin biz düzgün balansı tapmalıylq. Hər iki hücumçumuz sabah çıxış edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
idman.biz

2Mənbələr