AZ

Almaniya Ukraynaya daha 17 IRIS-T tədarük edəcək

Almaniya hökuməti Ukrayna üçün əlavə 17 IRIS-T hava hücumundan müdafiə sistemi sifariş edib, tədarüklər yaxın vaxtlarda başlayacaq.

Redaktor.az N-TV kanalına istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib.

O, sentyabrın 4-də Kiel şəhəri yaxınlığındakı hava qüvvələri bazasına baş çəkib. Orada o, Almaniya hökumətinin artıq Ukrayna üçün əlavə səkkiz IRIS-T SLM (orta mənzilli) və doqquz IRIS-T SLS (qısa mənzilli) sistemi sifariş etdiyini bildirib.

“Hər növdən iki sistem bu il, qalanları isə 2025-ci ildən təhvil veriləcək”, -  kansler deyib.

"Bloomberg" agentliyi adı açıqlanmayan Almaniya hökumət rəsmisinə istinadən xəbər verirb ki, bütün 17 yeni kompleks 2026-cı ilə qədər Kiyevə təhvil veriləcək. Berlin artıq Ukraynaya yeddi belə SLS və SLM modifikasiya kompleksi təqdim edib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
redaktor.az

1Mənbələr