AZ

Qazaxıstan və Özbəkistan kosmosa birgə peyklər buraxacaq

Qazaxıstan və Özbəkistan kosmosa birgə kosmik peyklər buraxmaq niyyətindədirlər. 
 
Valyuta.az "EurAsia Daily"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Nazirlik bildirib ki, Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Asiya-Sakit Okean Konfransı çərçivəsində keçirilən görüşdən sonra 2024-cü ilin sonunadək hazır olacaq süni kosmik peyklərin buraxılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.
 
Bundan əvvəl Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti "Baiterek" kosmik raket kompleksinin 2028-ci ildə istifadəyə veriləcəyini bəyan etmişdi.
 
Qeyd edilir ki, ilk sınaq buraxılışı 2025-ci ilin sonuna planlaşdırılır, ikinci sınaq 2026-cı ilin oktyabrında, üçüncü isə 2027-ci ilin oktyabrında həyata keçiriləcək. Eyni zamanda, Baiterek KRK-nın istismara verilməsi 2028-ci ilə planlaşdırılır.
 
Fevral ayında Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin bəyan edib ki, Rusiya Qazaxıstanı Beynəlxalq Kosmik Stansiyada (BKS) tədqiqatları davam etdirməyə dəvət edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
moderator.az

10Mənbələr