"Xırdalan" basketbol klubunun yeni məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanı türkiyəli mütəxəssis Erhan Toker çalışdıracaq.

Məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Toker "Qalatasaray"ın infrastruktur meneceri və aşağı yaş qrupu komandalarının baş məşqçisi olub. O, həmçinin "Tofaş"ı çalışdırıb.