AZ

Haqqımızda yazılanlar bizi maraqlandırmır

Kimsə Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək.

 

Senzor.az bildirir ki, bunu MSK-nın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib. 

 

O qeyd edib ki, milyonlarla insanın iştirak etdiyi proses nöqsansız ola bilməz: "Bizə isə heç kimin hay-küyü, qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir olan təcrübə ilə eyni prinsiplə işləyir. Verdiyimiz qərarlar əsaslandırılıb. Bizim haqqımızda yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük. Bütün müraciətlər, məlumatlar, hətta sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
21
senzor.az

10Mənbələr