AZ

Məzahir Pənahov: Müraciətlər aidiyyəti dairə seçki komissiyasında araşdırıldıqdan sonra MSK-da baxılacaq

Bakı, 4 sentyabr, AZƏRTAC

Biz müraciətləri indi almışıq. Müraciətlər gecikdirilmədən aidiyyəti üzrə dairə seçki komissiyalarına göndəriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 4-də keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciətlər aidiyyəti dairə seçki komissiyasında araşdırıldıqdan sonra MSK-da baxılacaq.

M.Pənahovun sözlərinə görə, namizədlər müraciətlərini birinci dairə seçki komissiyalarına göndərməlidirlər.

O vurğulayıb ki, şikayətçi dairənin qərarından narazı olduğu təqdirdə, MSK-ya müraciət edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
azertag.az

5Mənbələr