AZ

Maşından həmkəndlisinin üstünə tüpürdü - Həbs edildi

Astara rayonunun Rüdəkənar kəndində həmkəndlisinə qarşı qeyri-etik hərəkət edən şəxs saxlanılıb.

Day.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Şirxan Babayev (soyad şərti - red.) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Şirxan avtomobilini həmkəndlisi Kamilin (şərti) darvazasının qarşısında saxlayıb. Bu zaman maşının şüşəsini aşağı endirərək, ona tərəf tüpürüb. Heç bir səbəb olmadan onu söyərək, təhqir edib. Kamil isə polisə şikayət edib. Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə 5 gün müddətində inzibati qaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
18
day.az

10Mənbələr