Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Yaponiyanın Rusiyada avtomobil bazarını itirdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.
“Yaponiya avtomobil sənayesi nöqteyi-nəzərindən Rusiya bazarı itirilib”, - deyə, o, bildirib.
O, Rusiyanı təcrid etməyə çalışdığı üçün Yaponiyanın özünün günahkar olduğunu vurğulayıb.
Bundan əvvəl Yaponiyanın Rusiyadan yan keçən ticarət yolunun yaradılmasını maliyyələşdirəcəyi bildirilirdi.