“Sumqayıt”ın basketbol komandası baş məşqçisi Teymur Hüseynovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, növbəti mövsümdən isə kollektivi rusiyalı mütəxəssis Aleksandr Mixaylov çalışdıracaq. 46 yaşlı məşqşçi ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb.

O, 2016-19-cu illərdə “Tambov” klubunun “sükanı arxası”nda olub və onun başçılığı altında komanda Rusiyanın II Liqasının qalibi olub. Daha sonra Mixaylov Maqnitaqorsk “Metallurq”u və “Novosibirsk” klublarını çalışdırıb. Rusiyalı mütəxəssisin son klubu Rostovun “Peresveta-YFU” komandası olub.