AZ

Ermənistanın Armavir bölgəsində Qərbi Nil qızdırmasından 3 nəfər ölüb

Ermənistanın Armavir vilayətində son iki ayda 51 nəfərdə Qərbi Nil qızdırması aşkarlanıb. Həmin bölgədə artıq məlum xəstəliklə bağlı 3 ölüm hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Hetq nəşri məlumat yayıb. Qeyd edilib ki, ölənlərdən 2-si Armavir şəhərində, biri isə Tandzut kəndindəndir. 

"Ölənlər yuxarı yaş qrupuna aid edilirdilər və onların səhhətində problemlər var idi". 

Xatırladaq ki, bir neçə gün öncə ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərin Profilaktikası Mərkəzi məlumat yaymışdı. Bildirilirdi ki, Ermənistanda Qərbi Nil qızdırması virusuna yoluxma hallarının sayı 92-yə çatıb.

Tural

News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
news365.az

1Mənbələr