AZ

"Marsel"dən Yunanıstan klubuna

"Marsel"in yarımmüdafiəçisi Azzedine Unai icarə əsasında "Panatinaikos"a keçib.

90deqiqe.Az  Afina klubunun rəsmi saytına istinadən xəbə verir ki, 24 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında Yunanıstan klubunda çıxış edəcək.

Transfermarkt-ın məlumatına görə, 24 yaşlı futbolçunun icarəsi yunanlara 500 min avroya başa gəlib.

Unai 2023-cü ildən "Marsel"də çıxış edir. Ötən mövsüm o, Fransa klubunun heyətində 35 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Bu mövsüm mərakeşli heç vaxt meydana daxil olmayıb. Üç turun nəticələrinə əsasən, "Panatinaikos" Yunanıstan Superliqasının turnir cədvəlində 4 xalla dördüncü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
90deqiqe.az

1Mənbələr