AZ

AVRO-2024-ün ən yaxşı futbolçusu "Real"a transfer oluna bilər

İngiltərənin "Mançester Siti" klubunun və İspaniya yığmasının üzvü, AVRO-20204-ün ən yaxşı futbolçusu seçilmiş Rodri "Real"a transfer oluna bilər.

"Report" "Diario AS"a istinadən xəbər verir ki, Madrid klubu 2025-ci ildə 28 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə müqavilə imzalamaq istəyir.

İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olan futbolçunun İngiltərə klbu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Qeyd edək ki, o, İspaniya yığmasının heyətində meydana çıxdığı 56 oyunda 4 qol vurub. 2019-cu ildən "Mançester Siti"nin formasını geyinən futbolçu komandasının heyətində 172 oyunda 22 dəfə fərqlənib.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
10
cebheinfo.az

10Mənbələr