AZ

Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edilib

Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində tədbirlər həyata keçirir.

Keçirilən tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitən, ümumi çəkisi 7,628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
28
olaylar.az

10Mənbələr