AZ

Doğuş zamanı körpənin ölümünə səbəb olan həkim 2 il elektron qolbaq daşıyacaq

Sumqayıt Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin çıxardığı 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hökmü dəyişdirilib. Belə ki, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Qeyd: Hadisə 04 yanvar 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında, doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub.

Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. \\pravda.az

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
nocomment.az

2Mənbələr