AZ

Dünyada plastik istehsalı rekord səviyyəyə çatdı - ARAŞDIRMA

Dünyada plastik istehsalı rekord səviyyəyə çatdı - ARAŞDIRMA




Plastik tullantılar bu gün planetin üzləşdiyi ən böyük problemlərdən biridir və təsirləri çox genişdir. Bu tullantılar ən hündür dağlardan tutmuş ən dərin okean xəndəklərinə qədər əraziləri çirkləndirə bilər. Plastik tullantılar insan sağlamlığına təsir göstərə, ekosistemləri məhv edə və vəhşi təbiətə, xüsusən də dəniz növlərinə zərər verə bilər. Plastik tullantılar problemi son onilliklərdə bu materialdan istifadə artdığı üçün daha da ağırlaşıb.İqtisadiyyat.az-ın araşdırmasına görə, insanlar hazırda ildə 350 milyon tondan çox plastik tullantı istehsal edir.Mövcud siyasətlərə dəyişiklik edilməsə, qlobal plastik tullantı istehsalının 2060-cı ilə qədər üç dəfə artaraq 1 milyard tona çatacağı proqnozlaşdırılır.Əksinə, plastikdən istifadəyə görə vergilərin artırılması və qlobal təkrar emal sistemi kimi yeni tədbirlər və siyasətlər tətbiq olunarsa, bu rəqəm 700 milyon tondan aşağı düşə bilər.1970-2019-cu illər arasında okeanda təxminən 30 milyon tondan çox, çay və göllərdə isə 100 milyon tondan çox plastik yığılıb. Su yollarında belə böyük miqdarda plastik tullantıların çirklənməsi ekosistemlərə dağıdıcı təsir göstərə bilər. Okeana atılan plastik tullantılarının 80 faizindən çoxu Asiyanın payına düşür.Araşdırmalara görə, qlobal plastik istehsalı əsrin əvvəlindən bəri iki dəfə artıb. Plastik məhsulların istifadə müddəti orta hesabla 10 il olsa da, plastiklərin tərkibindən və utilizasiyasından asılı olaraq parçalanması 500 ilə qədər çəkə bilər.Asiya dünyanın ən böyük plastik istehsalçısıdır. Təkcə Çin 2022-ci ildə qlobal istehsalın 32 faizini təşkil edib. Son illərdə Çin hər ay 6 ilə 12 milyon ton plastik məhsul istehsal edib. Şimali Amerika isə 2022-ci ildə 17 faiz payla dünyada ikinci yeri tutub.Dünyada 1950-ci illərdən bəri plastik istehsalı artıb.Belə ki, plastik istehsalı 2022-ci ildə rekord səviyyəyə - 400,3 milyon tona çatıb.Bu da əvvəlki illə müqayisədə təxminən 1,6 faiz artım deməkdir. Bu artımla paralel olaraq plastiklərin bazar dəyəri də yüksəlməyə davam edir.Ümumilikdə, 1976-cı ildən 2022-ci ilə qədər dünyada bu qədər plastik istehsal edilib:İllərPlastik istehsalı197650 milyon ton1989100 milyon ton2002200 milyon ton2008245 milyon ton2009250 milyon ton2010270 milyon ton2011279 milyon ton2012288 milyon ton2013299 milyon ton2014311 milyon ton2015322 milyon ton2016335 milyon ton2017348 milyon ton2018370,5 milyon ton2019379,8 milyon ton2020380,4 milyon ton2021394 milyon ton2022400,3 milyon tonQeyd edək ki, Azərbaycan bu ilin yanvar-iyul aylarında 228,5 milyon dollar dəyərində 249,3 min ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 21% azdır.Bundan əlavə, hesabat dövründə Azərbaycana 301,6 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar idxal edilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 94,5 min dollar azdır. 




Xəbərin oxunma sayı :
382

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
azfakt.com

10Mənbələr