AZ

Qrossi Ukraynanın energetika naziri ilə görüşüb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) səfər etməzdən əvvəl Ukraynanın energetika naziri German Qaluşenko və bu ölkənin Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin rəhbəri Oleq Korikov ilə görüşüb.

Fins.az xəbər verir ki, bundan əvvəl MAQATE rəhbəri Zaporojya AES-ə baş çəkmək üçün Enerqodara getdiyini açıqlamışdı. O, səfərinin məqsədinin “nüvə qəzasının qarşısının alınmasına yardım etmək” olduğunu açıqlayıb.

Sentyabrın 2-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi hazırda Zaporojye atom elektrik stansiyasına hərbi yolla nəzarəti bərpa edə bilməz.

Avqustun 31-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Ukrayna Zaporojye AES-in işçilərini şantaj edir, onların ailələrini hədələyir və terror aktları törətməyə sövq edir.

Kaira Agayeva 

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
fins.az

10Mənbələr