AZ

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Xalq artisti Firəngiz Mütəllimova instaqram hesabında paylaşım edib.

Mütəllimova mərhum həmkarı ilə birgə illər əvvəl çəkdirdiyi fotosunu yayımlayaraq Y.Nurini bu sözlərlə anıb:

“Sənətkar bu gün sənin ad günündür. Yaşar həmişə yaşar. Allah sənə rəhmət eləsin. Ruhun şad olsun. Hər an yanımda və qəlbimdəsən”.

Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında 61 yaşında vəfat edib.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
17
cebheinfo.az

10Mənbələr