AZ

Rusiyanın Ukrayna müharibəsi ilə əlaqəli düşdüyü durum: Moskva nə etmək istəyir?

“Rusiyanın Ukrayna müharibəsi ilə əlaqəli düşdüyü durum onu Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlı olmağa məcbur edir. Bu, Rusiyanın son addımlarından da hiss edilir. Məsələ ondadır ki, Rusiya Qarabağdan sülhməramlılarını vaxtından əvvəl çıxarmaqla, eyni zamanda, Ermənistanın tələbi ilə Zvartnos hava limanından öz sərhədçilərini çıxarması onu göstərir ki, Rusiya Azərbaycan və Ermənistanla problem istəmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq qeyd edib ki, Rusiya güzəştli addımlar atmaqla onu göstərmək istəyir ki, fikir və istəklərində səmimidir:

“Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Zəngəzur dəhlizinin açılması istiqamətində aktivləşmə onu göstərir ki, Rusiya nəticə alınmasında maraqlıdır. Amma Moskva bilavasitə öz vasitəçiliyində də israr etmir. Lavrov qeyd edib ki, ikitərəfli danışıqlarda nəticə alınacaqsa, bunu da qəbul edirlər, təki nəticə olsun. Görünən odur ki, Rusiya indi məqamda Azərbaycan-Ermənistan məsələsinin bağlanmasının tərəfdarıdır. Azərbaycan və Rusiya arasında əlaqələrin daha da dərinləşdiyinin şahidi oluruq. Putinin Bakıya səfəri zamanı BRİKS-ə üzv olmaq üçün müraciət etməsi də onu göstərir ki, Azərbaycan daha dərin inteqrasiyada maraqlıdır.

Hesab edirəm ki, Azərbaycan və Rusiya arasında münasibətlərin daha da inkişaf etməsi müsbət haldır. İki qonşu ölkənin arasında mövcud olmalı bərabərhüquqlu münasibətlər çərçivəsində inkişaf hər iki ölkə üçün vacibdir. Azərbaycan və Rusiyanın əsrlərdir ki, bir-birilə münasibəti var. Bu münasibətlərin daima qarşılıqlı hörmətə dayandığı müddətcə inkişafında heç bir problem yoxdur”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
40
editor.az

10Mənbələr