AZ

BRICS-ə üzvlük üçün müraciət edən dövlətlərin liderləri Kazan sammitinə dəvət olunublar

MDB ölkələrinin və BRICS-ə üzvlük və əməkdaşlıq üçün müraciət edən dövlətlərin liderləri təşkilatın Kazanda keçiriləcək sammitinə dəvət olunublar. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

 

Onun sözlərinə görə, iddiaçılar arasında (BRICS-ə üzvlüyə-red) Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu inteqrasiya birliklərinə rəhbərlik edən ölkələr var.

 

Qeyd edək ki, BRICS-in sayca 16-cı sammiti bu ilin oktyabrın 22-24-ü tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.

Tarix: 3 Sentyabr 2024, 11:41   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
pravda.az

10Mənbələr