ABŞ Dominikan Respublikasında Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirib. Səbəb kimi Maduronun “sanksiyaları pozması” göstərilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun adətən xarici səfərləri üçün istifadə etdiyi “prezident” təyyarəsinin ələ keçirildiyini bildirib.
Təyyarənin başqa şirkət vasitəsilə alınaraq ABŞ-dan çıxarıldığı və sanksiyaların pozulduğu iddia edilib. Təyyarə ABŞ-a göndərilərkən, Venesuela bu hərəkəti "piratlıq" adlandırıb.
Venesuelada iyulun 29-da açıqlanan nəticələrə görə, Maduro 51,20 faiz səslə prezident seçkilərində qalib gəlib. Vaşinqton administrasiyası seçkinin nəticələrini rədd edən müxalifəti dəstəkləyib.