AZ

Türkiyədə illik inflyasiya 52%-dən aşağı enib

Türkiyədə illik inflyasiya yenidən azalıb.

FED.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının məlumatına (TÜİK) görə, cari ilin avqust ayında illik inflyasiya 51.97% təşkil edib. İyul ayında bu rəqəm 61.78% təşkil etmişdi. Avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 2.47%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 31.94% artıb.

    Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 28.96% ilə nəqliyyat qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 120.81% ilə təhsil qiymətləri olub.

    Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb. (Apa)

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    68
    9
    fed.az

    10Mənbələr