AZ

Paşinyan müstəqil siyasət yürüdə bilməyən rəhbərdir - Sahil Kərimli - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan müstəqil siyasət yürüdə bilməyən rəhbərdir.

Day.Az xəbər verir ki, bunu ARB24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O qeyd edib ki, Paşinyan ikili standartlara əsaslanan siyasət yürüdür.

"Onun bəyanatları, səsləndirdiyi fikirlər tamamilə reallıqdan uzaq olur. Dəfələrlə bunun şahidi olmuşuq. Bir müddət əvvəl Londonda Prezident İlham Əliyevlə görüşdən imtina edən Nikol Paşinyan dünənki çıxışında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüşməyə hazıram. Təbii ki, bu bəyanatların arxasında konkret manipulyasiyalar dayanır və dünya ictimaiyyətini aldatmağa çalışır. Ermənistan dövləti adına riyakar siyasət yürüdür. Dünya ictimaiyyətinə göstərməyə çalışır ki, guya sülhpərvərdir", - deyə S.Kərimli əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
day.az

3Mənbələr