AZ

Qəza törədib qaçan “Prius” marketə girdi

Paytaxtın Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

Sabah.az Manset.az-a istinadən xəbər verir ki, hadisə dünən səhər saat 08:08 radələrində qeydə alınıb.

Belə ki, 77-DA-426 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin idarəetməni itirərək yolun kənarındakı  marketə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Xəzər rayonu Sergey Yesenin küçəsində baş verib. “Toyota Prius” markalı avtomobil “Opel Zafira” markalı maşını vuraraq hadisə yerindən yayınmağa çalışıb.

Sürücü müxtəlif təhlükəli manevrlər edərək yol kənarındakı iaşə obyektinin parklanma yerinə daxil olmaq istədə də idarəetməni itirərək obyektə dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
28
sabah.az

10Mənbələr