AZ

Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

Kolonoskopiya yoğun bağırsağın endoskopik müayinəsidir. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 7421 sayda kolonoskopiya müayinəsi icra olunub.

Təkrarlanan qarın ağrısı, qəbizlik və ishal halları, nəcisdə qan görülməsi, səbəbsiz çəki itirilməsi, dəmir defisitli anemiya və s. kimi simptomlar bu müayinə metodu üçün göstəriş hesab oluna bilər.

Yoğun bağırsağın müayinəsi məqsədilə rentgen, KT, nəcis analizi və digər müayinələr edilə bilər. Bu müayinələr həzm sisteminin vəziyyəti barədə bir sıra məlumatlar versə də, kolonoskopiya qədər dəqiq nəticələr əldə etmək mümkün olmur.

Kolonoskopiya zamanı ucunda işıqlı kamera olan rezin boru vasitəsilə yoğun bağırsaq vizual (videogörüntülü) müayinə edilir. Bu da iltihabi bağırsaq xəstəlikləri, yoğun bağırsaq qanamaları və xərçəngin aşkarlanmasına imkan verir. Kolonoskopiya ilə diaqnozun dəqiqləşdirilməsi, həmçinin cərrahi müdaxilələrin icrası mümkündür. Məsələn, kolonoskopiya bağırsaqda poliplər aşkarlandığı halda onların kəsilərək götürülməsinə, bağırsaq divarında patologiya aşkar edildikdə şübhəli sahələrdən bioptat götürməyə və digər prosedurları icra etməyə imkan verir. Bu da xəstəliklərin erkən aşkarlanmasına dəstək olaraq xərçəngin qarşısının alınmasına yardımçı olur. 40 yaşdan yuxarı hər kəsə xərçəng xəstəliyinin profilaktikası üçün kolonoskopiya müayinəsi məsləhət görülür. Kolonoskopiya zamanı patoloji hal aşkar edilmədikdə pasiyentə 5 ildən bir profilaktik müayinə məsləhət görülür. Qeyd edək ki, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də icbari tibbi sığorta hesabına aparılır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
10
banco.az

10Mənbələr