AZ

Mbappe özünü Ronaldonun “Real”dakı xələfi hesab edir?

“Real”ın yeni transferi, ulduz hücumçu Kilian Mbappe “qaymaqlılar”ın heyətində özü olaraq ad çıxarmaq istəyir.

Arena.az məlumat verir ki, fransalı futbolçu özünü Madrid klubunda “qaymaqlılar”ın keçmiş ulduz hücumçusu Kristiano Ronaldonun davamçısı hesab edib-etmədiyi haqda sualı cavablayıb:

“Kristiano mənim kumirimdir, amma mən onun varisi statusu və bununla bağlı təzyiqlər barədə düşünmürəm. Mən Kilian olmaq istəyirəm. Məni maraqlandıran yeganə məqam şəxsən mənə və komandaya olan təzyiqdir”, – DAZN şəbəkəsi Mbappedən sitat gətirir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
arena.az

10Mənbələr