AZ

Xaçmaz və Xudatda güclü külək nəticəsində qırılan elektrik xətləri bərpa olunub

app.update_app_description



Xaçmaz və Xudatda elektrik enerjisinin verilməsi təmin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumatda qeyd olunub ki, sentyabrın 2-də gündüz saatlarında ölkənin Şimal regionlarında əsən güclü külək regiondakı elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub:
"Hadisə nəticəsində regionda olan bəzi kəndlərdən elektrik enerjisi verilişində fasilə yaranıb. Daha sonra əraziyə "Azərişıq" ASC-nin təmir-bərpa briqadaları və lazım olan mal-material göndərilib. Bir neçə saat ərzində kəsinti olan əksər yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.
Mövcud hava şəraiti və infrastruktura dəymiş ziyanın genişmiqyaslı olması səbəbindən yalnız 3 kəndin elektrik enerjisi təchizatının bərpası gecə saatlarına qədər yubanıb, amma "Azərişıq" əməkdaşları bu yaşayış məntəqələrində də elektrik enerjisini bərpa edə biliblər".
Qurum istehlakçılara müraciət edərək bildirib ki, qarşılaşdıqları qəza, yaxud kəsinti halı ilə bağlı hər gün fasiləsiz fəaliyyət göstərən "199" nömrəli çağrı mərkəzinə məlumat versinlər.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
14
oxu.az

10Mənbələr