AZ

Rüşvət qalmaqalı: Daha bir general saxlanıldı

Rüşvət işi üzrə təqsirləndirilən şəxs, Leninqrad Hərbi Dairəsinin komandirinin müavini Valeri Mumincanov Voronejdə saxlanılıb.

OXU24.COM xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi Leninqrad Hərbi Dairəsi komandirinin müavini Valeri Mumincanova qarşı rüşvət işi açıldığını bildirib.

“Mumincanovun həbsi ilə bağlı məsələ çərşənbə axşamı həll oluna bilər, o, Moskvaya aparılacaq”, - agentliyin həmsöhbəti bildirib.

İstintaqın məlumatına görə, general-mayor Müdafiə Nazirliyinin resurs təchizatı idarəsinin rəisi olmaqla, Şimal Hərbi Dairə zonası da daxil olmaqla 1,5 milyard rubl dəyərində hərbi geyimlərin tədarükü üçün müqavilələrin bağlanmasına şərait yaradıb. Bunun üçün o, 20 milyondan çox rüşvət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
19
oxu24.com

10Mənbələr