AZ

Rusiya və Monqolustan prezidentləri regional problemləri müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux regional problemləri, sənaye, kənd təsərrüfatı sektoru və enerji sahələrində əməkdaşlığı müzakirə edəcəklər.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

“Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin perspektiv istiqamətləri, o cümlədən sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat, o cümlədən dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunacaq, təbii ki, təhsil, beynəlxalq və regional məsələlərə də toxunulacaq. rus dilində tədrisin genişləndirilməsi və monqol gənclərinin Rusiya universitetlərində hazırlanması”, - Kreml nümayəndəsi bildirib.

Kaira Agayeva 

Fins.az

Seçilən
150
50
fins.az

10Mənbələr