AZ

Omeqa-3 ilə ehtiyatlı olun - Həkim məsləhəti

Omeqa-3 yağ turşusu çatışmazlığı ümumi bir problemdir. Bəzi tədqiqatlar göstərir ki, Qərb ölkələrində insanların 70-80%-ə qədəri qida ilə bu vacib məddəni kifayət qədər ala bilmir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, omeqa-3 qəbulu sadəcə dəbli trend deyil, zərurətdir.

Rusiyalı həkim Anna Averkina bildirib ki, omeqa-3-ün qeyri-kafi miqdarı bir çox xəstəliklərə səbəb olsa da, tövsiyə olunan dozaya riayət etmək vacibdir.

"Çox yüksək dozalar qanı durulaşdıra və digər yan təsirlərə səbəb ola bilər. Xüsusilə xroniki sağlamlıq probleminiz varsa və ya başqa dərmanlar qəbul edirsinizsə, uzunmüddətli əlavələrdən istifadəyə başlamazdan əvvəl həmişə həkiminizlə məsləhətləşmək yaxşı fikirdir", - deyə o əlavə edib.

Həkim vurğulayıb ki, omeqa-3 yağ turşuları oksidləşməyə həssasdır və bu, zərərli sərbəst radikalların əmələ gəlməsinə səbəb ola bilər. Əlavələr sərin, qaranlıq yerdə saxlanmalı və son istifadə tarixinə nəzarət edilməlidir.

Həmçinin, omeqa-3 əlavələri bəzi insanlarda mədə yanması və ya ishal kimi mədə-bağırsaq narahatlığına səbəb ola bilər. Belə hallarda qida əlavələrinin qəbulunu dayandırmaq tövsiyə olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
3
milli.az

10Mənbələr