AZ

Boş qalan yerlərə ixtisas seçiminin nəticələri bu tarixdə AÇIQLANACAQ

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır.

 

Bəs, görəsən, ixtisas seçiminin nəticələri nə zaman açıqlanacaq?

 

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

 

Mərkəzdən bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi yekunlaşdıqdan sonra nəticələr 3 gün ərzində elan olunacaq. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
azedu.az

10Mənbələr